Qəhvəyi Mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib
2025-10-09 16:54:00
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğvi, fitosanitar sabitliyin təmin edilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Bu məqsədlə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin Balakən rayonunda növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyininin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Zaqatala və Balakən rayon icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə Tədbirlər Planının icrasının gedişi, zərərvericinin qışlama yerlərində aparılan monitorinqlərin nəticələri, mübarizə tədbirlərinin gücləndirilməsi və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn tapşırıqlar, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, bildirib ki, Agentlik tərəfindən ölkə üzrə fitosanitar sabitliyin təmin olunması tədbirləri çərçivəsində, xüsusilə şimal-qərb və qərb regionlarında zərərvericiyə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Qəhvəyi mərmər bağacığının qışlama yerlərinin aşkarlanması məqsədilə monitorinqlərin sayı artırılıb, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfata vurduğu iqtisadi zərərlər və mübarizə üsulları barədə geniş məlumat verilir.
Mövsümlə əlaqədar olaraq qış fəslində süni qışlama yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir, əhali arasında maarifləndirmə işləri intensivləşdirilir. Bu məqsədlə maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq mediada və sosial şəbəkələrdə yayımlanır.
Sərdar Hacıyev çıxışında mübarizə tədbirlərinə əhalinin, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəal şəkildə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev çıxış edərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tədbirlər Planına uyğun olaraq görülmüş işlər barədə məlumat verib və zərərvericinin kütləvi yayıldığı ərazilərdə mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
İclasın sonunda Qəhvəyi mərmər bağacığı ilə bağlı monitorinqlərin intensivləşdirilməsi və mübarizə tədbirlərinin gücləndirilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır