Aqrar Xidmətlər Agentliyi fitosanitar sabitliyin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir
2025-10-13 16:09:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğvi, fitosanitar sabitliyin təmin edilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Agentlik tərəfindən ölkə üzrə fitosanitar sabitliyin təmin olunması tədbirləri çərçivəsində, xüsusilə şimal-qərb və qərb regionlarında zərərvericiyə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə aparılır. Bu məqsədlə bağacığın qışlama yerlərinin aşkarlanması üçün monitorinqlərin sayı artırılıb, yerli əhali və sahibkarlarla görüşlər keçirilir. Görüşlərdə iştirakçılara zərərvericinin yayılma yolları, təsərrüfata vurduğu iqtisadi zərərlər və mübarizə üsulları barədə geniş məlumat verilir.
Onu da qeyd etmək lazımdır ki, zərərvericiyə qarşı mübarizə məqsədilə AXA tərəfindən cari ilin əvvəlindən etibarən 51 rayonda 10 736 ədəd feromon tələ quraşdırılıb. Agentliyin texniki avadanlıqlarla təmin olunmuş mütəxəssislərdən ibarət qrupları Zaqatala və Balakən rayonlarına ezam olunub. Sirayətlənmə səviyyəsinin yüksək olduğu ocaqlarda isə bütün təhlükəsizlik qaydalarına riayət edilməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Qeyd etmək istərdik ki, mübarizə tədbirlərinə əhalinin, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəal iştirakı olduqca vacibdir. Zərərverici aşkar edildikdə, vətəndaşlarımızın mexaniki üsullarla onun məhv edilməsinə diqqət göstərməsi tövsiyə olunur.
Unutmayaq ki, qəhvəyi mərmər bağacığı ilə mübarizə hər birimizin ortaq məsuliyyətidir.
https://www.youtube.com/watch?v=O5I8V4HxsTo
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır