AXA və AQTA rəhbərliyi Balakən və Zaqatala rayonlarında mübarizə tədbirlərinin gedişi ilə tanış olub
2025-10-13 17:22:24
Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Qəhvəyi Mərmər Bağacığına (QMB) qarşı mübarizə tədbirlərinin gedişi ilə tanış olmaq məqsədilə Balakən və Zaqatala rayonlarına səfər ediblər.
Səfər çərçivəsində hər iki qurumun rəhbər şəxsləri yerli təsərrüfatlara baş çəkərək, zərərverici ilə mübarizə istiqamətində görülən işlərin vəziyyəti, tətbiq olunan metodlar və profilaktik tədbirlərin icrası ilə maraqlanıblar. Fermerlərlə keçirilən görüşlərdə zərərvericinin yayılmasının qarşısının alınması üçün aparılan müşahidə və maarifləndirmə işləri barədə ətraflı məlumat verilib, vətəndaşlara praktik tövsiyələr təqdim olunub.
Səfər zamanı Sərdar Hacıyev və Balarəhim Quliyev Balakən və Zaqatala rayon icra hakimiyyətlərində məsul şəxslərlə görüşərək, zərərvericiyə qarşı mübarizənin təşkilində yerli idarəetmə orqanlarının və icmaların birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.
Hər iki rəhbər şəxs eyni zamanda vətəndaşlarla görüşlər keçirib, onlara Qəhvəyi Mərmər Bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərərlər və məhv edilməsi üsulları barədə maarifləndirici söhbətlər aparıblar.
Səfər çərçivəsində Sərdar Hacıyev və Balarəhim Quliyev həmçinin Mazımçay Sərhəd-Gömrük Keçid Məntəqəsində olublar. Burada Qəhvəyi Mərmər Bağacığının ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə həyata keçirilən fitosanitar nəzarət tədbirləri ilə tanış olublar və sərhəd nəzarətində qabaqlayıcı tədbirlərin vacibliyini qeyd ediblər.
Aqrar Xidmətlər Agentliyi ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyi, yerli icra hakimiyyətləri və vətəndaşlarla birgə fəaliyyəti davam etdirir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır