Texniki baxışın əhəmiyyəti mövzusunda maarifləndirici videoçarx hazırlanıb
2025-10-14 15:18:39
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən kənd təsərrüfatı texnikalarının təhlükəsiz və qanuni idarə edilməsini təşviq etmək, texniki baxışın əhəmiyyəti, qaydaları və tələbləri barədə fermerləri məlumatlandırmaq məqsədilə “Mexaniki nəqliyyat vasitələri və qoşqularının dövlət texniki baxışı” mövzusunda maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxın əsas məqsədi kənd təsərrüfatı texnikalarının vaxtında və qaydalara uyğun şəkildə dövlət texniki baxışından keçirilməsinin vacibliyinə diqqət çəkməkdir. Çarxda texniki baxışın məqsədləri – təhlükəsizlik, qəzaların qarşısının alınması, ekoloji qorunma və səmərəli istismar kimi mühüm istiqamətlər əhatə olunur. Həmçinin, videoçarxda texniki baxışdan keçmək üçün tələb olunan sənədlər, dövlət rüsumu və utilizasiya haqqı barədə ətraflı məlumat təqdim edilir.
Maarifləndirici material fermerlərə, texnika sahiblərinə və operatorlara texniki baxış prosesinin sadə qaydalarını izah edir, təhlükəsiz və məsuliyyətli idarəetmə vərdişlərinin formalaşmasına töhfə verir. Bu cür maarifləndirici layihələr kənd təsərrüfatı texnikasının istismarında təhlükəsizliyin artırılmasına, hüquq pozuntularının azalmasına və ekoloji standartlara riayət olunmasına xidmət edir.
Qeyd edək ki, mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki nəzarəti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
Videoçarx üçün keçid: https://www.youtube.com/watch?v=OgTcOSSpUtU
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır