AXA qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərini davam etdirir
2025-10-17 10:52:00
Kənd təsərrüfatı məhsullarına ciddi iqtisadi zərər vuran qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq və fitosanitar sabitliyi təmin etmək məqsədilə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən kompleks mübarizə tədbirləri həyata keçirilir. Bu istiqamətdə vətəndaşların maarifləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Zərərvericinin ən çox müşahidə olunduğu şimal-qərb və qərb regionlarında zərərvericiyə qarşı planlı və mərhələli mübarizə işləri aparılır. Bu məqsədlə AXA-nın Aqrar Təlim Mərkəzi tərəfindən Zaqatala və Balakən rayonlarında sakinlərlə növbəti görüşlər keçirilib. Görüş zamanı bağacığın yayılma yolları, vurduğu iqtisadi zərərlər və mexaniki mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirak etməsi, zərərvericini mexaniki üsullarla toplayaraq məhv etməsi olduqca vacibdir.
Qeyd edək ki, zərərvericinin havalar soyuduqca binalara, anbarlara və ağac qabıqlarına çəkilərək qışlamağa hazırlaşdığı nəzərə alınaraq, feromon tələləri quraşdırılır. Cari ilin əvvəlindən 51 rayonda ümumilikdə 10 mindən çox feromon tələ quraşdırılıb. Bu tələlər zərərvericinin populyasiyasını izləməyə və yayılma ocaqlarını müəyyən etməyə imkanverir. Həmçinin sirayətlənmə səviyyəsinin yüksək olduğu ocaqlarda bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır