Heyvan sağlamlığının qorunması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair tədbir keçirilib
2025-10-17 18:27:00
“Heyvan sağlamlığının qorunması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar Aqrar Xidmətlər Agentliyi (AXA) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən birgə təşkil olunub.
Görüşün əsas məqsədi ölkədə heyvan sağlamlığı sahəsində idarəetmənin təkmilləşdirilməsi, əlaqəli qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin daha səmərəli icrasına nail olmaqdır.
Görüş zamanı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq təqdimatlar dinlənilib, təkliflər verilib, müzakirlər aparılaraq sektor üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Müzakirələr zamanı heyvan sağlamlığı üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, epizootik sabitliyin qorunması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımların atılması qərara alınıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır