Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi AZS ISO/IEC 17065:2021 standartına uyğun akkreditasiya olunmuşdur.
2025-10-20 00:00:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi toxum, ting və digər əkin materiallarının sertifikatlaşdırılma xidmətlərinin həyata keçirilməsi üçün AZS ISO/ IEC 17065:2021 “Uyğunluğun qiymətlənədirilməsi – məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşmasını aparan orqanlara dair tələblər” standartına uyğun akkreditasiya olunmuşdur. Mərkəz bütün kənd təsərrüfatı bitkiləri üzrə ümumilikdə 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə etmişdir.
Bu sertifikatlaşdırma prosesi uyğunluğu təsdiqləyərək, yerli istehsalçıların məhsul keyfiyyətinə etibarını artırır, daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. Kənd təsərrüfatı məhsullarının mənşəyi, keyfiyyəti və təhlükəsizliyinin təmin olunmasına, həmçinin aqrar sahədə xidmətlərin etibarlı və şəffaf qiymətləndirmə mexanizmlərinin tətbiqini təmin edir. Bu nailiyyət ölkəmizdə toxumçuluq və bitki istehsalında keyfiyyətə nəzarətin gücləndirilməsi, beynəlxalq tanınan standartların tətbiqi və aqrar sahədə idarəetmə mexanizmlərinin genişlənməsi baxımından mühüm addım hesab olunur.
Qeyd edək ki, ISO/IEC 17065 – məhsul sertifikatlaşdırması aparan qurumlara tətbiq olunan bazal beynəlxalq standartdır və uyğunluğun qiymətləndirilməsində yüksək etimad səviyyəsini təmin edir. Bu standartın tətbiqi toxumların keyfiyyət göstəricilərinə, sort təmizliyinə, cücərmə qabiliyyətinə, nəmliyinə, xəstəliklərə davamlılıq və fitosanitar təhlükəsizlik tələblərinə uyğunluğunu elmi əsaslarla təsdiq etməyə imkan verir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır