“Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri” mövzusunda maarifləndirici görüşlər davam edir
2025-10-21 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Qazax rayonunun Şıxlı kəndində “Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri” mövzusunda maarifləndirici görüş keçirilib.
Kənd sakinlərinin iştirakı ilə baş tutan görüşdə son illərdə kənd təsərrüfatına ciddi ziyan vuran qəhvəyi mərmər bağacığı ilə mübarizə yolları barədə məlumat verilib, zərərvericinin yayılma yolları, əkin sahələrinə və meyvə bağlarına vurduğu iqtisadi zərərlər, həmçinin mexaniki mübarizə üsulları haqqında ətraflı izahat təqdim edilib.
Sakinlərə zərərverici ilə effektiv mübarizənin mümkünlüyü üçün onların da bu prosesə fəal şəkildə qoşulmalarının vacibliyi çatdırılıb. Bildirilib ki, bağacığın vaxtında aşkar edilməsi və mexaniki üsullarla toplanaraq məhv edilməsi onun yayılmasının qarşısını almaqda mühüm rol oynayır.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən Zaqatala, Balakən, Quba, Xaçmaz və Qazax rayonlarında əhalinin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq bu kimi görüşlər təşkil olunur.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır