Bitki xəstəlikləri üzrə sertifikatlaşdırma və laborator diaqnostika üsullarına dair təlimə start verilib
2025-10-21 16:46:08
Nazirliyin tabeliyində fəaliyyət göstərən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Bitki xəstəlikləri üzrə sertifikatlaşdırma və laborator diaqnostika üsulları” mövzusunda təlim təşkil olunub. Təlimdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Laboratoriya, Ekspertiza Mərkəzinin əməkdaşları və nazirliyin tabeliyindəki digər elmi-tədqiqat institutlarının alimləri iştirak edirlər.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev FAO ilə əməkdaşlığın əhəmiyyətindən danışaraq keçirilən təlimin sertifikatlaşdırma sisteminə verdiyi töhfəni vurğulayıb. O, bildirib ki, Azərbaycan Respublikasında kənd təsərrüfatının strateji istiqamətlərindən biri bitkiçilik məhsullarının sağlamlığı, istehsal və ixrac potensialının artırılması, həmçinin toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Təlim Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən və Nazirliyin yanında fəaliyyət göstərən Aqrar Xidmətlər Agentliyinin benefisiar olduğu “Aqrar Xidmətlər Agentliyinin nəzdində Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Laboratoriya və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində keçirilir.
20-24 oktyabr tarixlərində Bakı şəhərində təşkil olunan beş günlük təlimin ilk üç günü nəzəri, son iki günü isə praktiki hissədən ibarət olub. Təlim Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Bitki Mühafizə İnstitutunun mütəxəssisləri tərəfindən keçirilib. Təlim çərçivəsində taxıl, tərəvəz, meyvə və üzüm bitkilərində müşahidə olunan xəstəliklərin əlamətləri, laborator müayinəsi, aprobasiyası və sertifikatlaşdırma prosesi üzrə təqdimatlar və təcrübə müzakirələri aparılır.
Təlimin əsas məqsədi mütəxəssislərin bilik və bacarıqlarının artırılması, bitki xəstəliklərinin identifikasiyasında beynəlxalq təcrübənin tətbiqi və toxumçuluq sistemində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır