Balakəndə “Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri” mövzusunda maarifləndirici görüş keçirilib
2025-10-23 11:10:48
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Balakən rayonunun Hənifə kəndində sakinlər üçün “Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.
Tədbirdə iştirakçılara zərərvericinin yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu iqtisadi zərərlər, həmçinin ona qarşı mexaniki və bioloji mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə tədbirləri həyata keçirilir.
Görüş zamanı sakinlərə pəncərələrin torlarla bağlanması, qapı və çərçivələrdəki boşluqların aradan qaldırılması, qışlama yerlərindəki taxta yığınlarının, karton qutuların, çardaq və zirzəmilərin mütəmadi yoxlanılması və təmizlənməsi ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
Qeyd olunub ki, mərmər bağacığına qarşı vaxtında və düzgün aparılan mübarizə məhsul itkisinin qarşısını almaqda mühüm rol oynayır. Zərərverici ilə mübarizədə sakinlərin fəal iştirakı və maarifləndirilməsi yüksək nəticələrin əldə edilməsində əsas amillərdəndir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır