Qəhvəyi mərmər bağacığı ilə mübarizədə bioloji mübarizənin üstünlükləri
2025-10-24 00:00:00
Kənd təsərrüfatı məhsullarına ciddi iqtisadi zərər vuran qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) ölkə ərazisində yayılmasının qarşısını almaq və fitosanitar sabitliyi təmin etmək məqsədilə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən kompleks mübarizə tədbirləri həyata keçirilir.
Hazırda zərərverici ilə mübarizə məqsədilə 20-dən çox texnika və 30-a yaxın AXA əməkdaşı şimal-qərb və qərb regionlarında, xüsusilə zərərvericinin daha çox müşahidə olunduğu ərazilərdə daxil olan məlumatlar əsasında kimyəvi mübarizə tədbirlərini icra edir. Tədbirlər zamanı ictimai iaşə obyektləri və bağacığın sıx müşahidə edildiyi məntəqələrdə bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Bununla yanaşı, sərhəd-keçid məntəqələrində ölkəmizə daxil olan avtomobillərin və qatarların dərmanlanması prosesi də davam etdirilir.
Zərərverici ilə effektiv mübarizədə vətəndaşların maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə AXA tərəfindən Zaqatala, Balakən, Qazax, Quba və Xaçmaz rayonlarında sakinlərlə mütəmadi maarifləndirici görüşlər keçirilir. Görüşlər zamanı bağacığın yayılma yolları, təsərrüfatlara vurduğu iqtisadi zərərlər və mexaniki mübarizə üsulları barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, vətəndaşların da bu prosesdə fəal iştirakı, zərərvericinin mexaniki üsullarla toplanaraq məhv edilməsi mübarizənin səmərəliliyini artıran əsas amillərdəndir.
Beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə üsulu kimi samuray arılarından geniş istifadə olunur. Belə ki, zərərverici müşahidə olunan ölkələrdə bu faydalı arı növləri laboratoriyada yetişdirilib təbiətə buraxılır.
Ölkəmizdə də bu təcrübənin tətbiqi məqsədilə faydalı həşəratların yetişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu təşəbbüsün əsas məqsədi ətraf mühit üçün təhlükəsiz, kimyəvi vasitələrdən asılılığı minimuma endirən və dayanıqlı kənd təsərrüfatı sisteminin formalaşmasına töhfə verən bitki mühafizəsi strategiyasının tətbiqini genişləndirməkdir.
Qeyd edək ki, Samuray arısı (Trissolcus japonicus) kənd təsərrüfatı zərərvericilərindən olan qəhvəyi mərmər bağacığı ilə bioloji mübarizədə istifadə edilən Uzaq Şərq mənşəli yabanı arı növüdür. Bu arı, zərərli qəhvəyi mərmər bağacığının yumurtalarına parazitlik edərək (yumurtalarını içərisinə qoyaraq) bağacığın inkişafını dayandırır və onun populyasiyasını nəzarət altında saxlayır. Samuray arıları bal arılarına və digər faydalı həşəratlara zərər vermir, həmçinin kimyəvi mübarizəyə qarşı təbii bir alternativ hesab olunur. Dişi samuray arıları, qəhvəyi mərmər bağacığının yumurtalarının içinə öz yumurtalarını qoyur. Arı sürfələri bağacığın embrionu ilə qidalanaraq inkişaf edir və nəticədə bağacığın nəsli davam etmədən məhv olur.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır