Aqrar Təlim Mərkəzi tərəfindən Kaspi Liseyində qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici görüş keçirilib
2025-10-31 17:41:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Kaspi liseyinin şagirdləri üçün Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici görüş keçirilib. Görüşün məqsədi şagirdlərə kənd təsərrüfatı məhsullarına ciddi zərər vuran zərərvericinin xüsusiyyətləri və mübarizə yolları haqqında məlumat vermək olub.
Tədbirdə bağacığın bioloji xüsusiyyətləri, yayılma yolları və səbəb olduğu iqtisadi zərərlər ətraflı izah edilib. Bildirilib ki, qəhvəyi mərmər bağacığı insana heç bir təhlükə yaratmasa da, məhv edildikdə xoşagəlməz qoxu yayır. Bu səbəbdən onunla mübarizə zamanında və düzgün üsullarla aparılmalıdır.
Görüş çərçivəsində Aqrar Təlim Mərkəzinin hazırladığı maarifləndirici animasiya videoları nümayiş olunub, şagirdlərə zərərverici barədə məlumatların əks olunduğu bukletlər paylanılıb.
Bu kimi tədbirlər gənclərin kənd təsərrüfatı ilə bağlı biliklərinin artırılmasına, eləcə də onların maarifləndirmə və zərərvericilərlə mübarizə işlərinə aktiv şəkildə cəlb olunmasına imkan yaradır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır