Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib
2025-11-03 00:00:00
Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir bildirib ki, Azərbaycan Respublikasında aqrar siyasətin formalaşması və müasir inkişaf mərhələsinə keçidin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin rəhbərliyi ilə kənd təsərrüfatının iqtisadiyyatda strateji əhəmiyyəti müəyyən edilib, torpaq islahatları həyata keçirilib, mülkiyyət münasibətləri formalaşdırılıb, kənd əhalisinin sosial rifahının yüksəldilməsi istiqamətində fundamental addımlar atılıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan mühüm qərarlar nəticəsində aqrar sahədə dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, ərzaq təminatında daxili istehsalın payı əhəmiyyətli dərəcədə artıb.
Nazir Məcnun Məmmədov əlavə edib ki, Ümummilli liderin müəyyən etdiyi bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sektoruna xüsusi önəm verilir. Aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi, dövlət dəstək mexanizmlərinin və subsidiyaların təkmilləşdirilməsi, kənd təsərrüfatı sektorunun rəqəmsallaşması və ixracyönümlü istehsalın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Aqrar siyasətin həyata keçirilməsində mühüm rol oynayan kənd təsərrüfatı işçilərinin dövlətin yürütdüyü uğurlu siyasəti dəstəklədiyini deyən nazir Məcnun Məmmədov vurğulayıb ki, əldə olunan nailiyyətlərdə fermerlərin fədakar əməyi, bilik və təcrübəsi xüsusi rol oynayır.
Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründən başlanan aqrar sahəyə diqqət və qayğı, kənd təsərrüfatı sahəsində aparılan islahatlar bu sahənin inkişafının təməlinə çevrilib. Şöbə müdiri qeyd edib ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə ayırdığı diqqət sahənin inkişafını daha da sürətləndirib. O, Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə innovativ yanaşma, elmi nailiyyətlər, dünya təcrübəsinin ölkəmizdə tətbiqi, aparılan təhlillər nəticəsində yeni istiqamətlərin müəyyən edilməsi ilə bağlı gördüyü işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı fərmanla hər il ölkəmizdə 1 noyabrın Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması, aqrar sahədə çalışan bütün insanlara, fermerlərin fədakar əməyinə göstərilən yüksək diqqətin və qayğının bariz təzahürüdür. Komitə sədri qeyd edib ki, möhkəm təməl üzərində qurulan inkişaf bu gün də uğurla davam edir, aqrar sahədə artım qeydə alınır. Müasir dövrün aqrar sahənin qarşısında yeni reallıqlar və yeni tələblər qoyduğunu, kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan, mütəxəssislərdən asılı olduğunu deyən Tahir Rzayev qeyd edib ki, kənd təsərrüfatı işçilərinin üzərinə böyük məsuliyyət və vəzifələr düşür.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin 2025-ci ildəki fəaliyyəti və aqrar sahədə görülən işlərə dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən “Çinar” İstehsal-İstehlak Qadın Kooperativinin nümayəndəsi, fermer Səadət Dibirova, “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli və aqronom Sədəfər Hüseynov yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, aqrar sahədə görülən işlərdən danışıblar, kənd təsərrüfatına dövlət dəstəyinin bu sahəyə marağı daha da artırdığını vurğulayıblar.
Daha sonra 2025-ci təsərrüfat ilində yüksək nəticə göstərən fermerlərə, aqrar sahədə uzunmüddətli fəaliyyət göstərmiş Nazirlik əməkdaşlarına, eləcə də “Əməkdaşların Tanınma Proqramı”nın qalibləri olan işçilərə təşəkkürnamələr təqdim olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır