AXA tərəfindən “Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri” mövzusunda növbəti görüş keçirilib
2025-11-04 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə “Qəhvəyi Mərmər Bağacığına qarşı mübarizə tədbirləri” mövzusunda maarifləndirici görüşlər davam edir. Növbəti belə görüş Balakən rayonunun Qazma kəndində baş tutub.
Görüşün məqsədi zərərverici ilə mübarizədə əhalinin maariflənməsini təmin etmək, onun təsərrüfata vurduğu zərərləri azaltmaq və qarşısının alınmasına dair düzgün üsulları çatdırmaq olub. Tədbir zamanı iştirakçılara Qəhvəyi Mərmər Bağacığının bioloji xüsusiyyətləri, yayılma yolları, təsərrüfata və məhsuldarlığa vurduğu ziyan barədə geniş məlumat verilib.
Görüş çərçivəsində sakinlərə zərərvericinin xarakterik xüsusiyyətlərini və onunla mübarizə yollarını əks etdirən maarifləndirici bukletlər təqdim olunub. Həmçinin zərərvericinin mexaniki məhv edilməsi prosesində diqqət yetirilməli məqamlar, təhlükəsizlik tədbirləri və kimyəvi mübarizə zamanı riayət olunmalı qaydalar barədə ətraflı məlumat verilib.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, onların yerli şəraitə uyğun mübarizə üsulları ilə bağlı fikirləri dinlənilib. Tədbir iştirakçıları maarifləndirici fəaliyyətin faydalı olduğunu bildirib və bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır