Laçında keçirilən ilkin qiymətləndirmədə 6 kənd sakini “Müvəffəqiyyət sertifikatı” əldə edib
2025-11-04 15:23:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Laçın rayonunun Zabux kəndində torpaq sahələrinin güzəştli şərtlərlə verilməsi ilə bağlı müraciət edənlər arasında ilkin qiymətləndirmə imtahanı keçirilib.
Qiymətləndirmədə müraciət edənlər bilik və bacarıqları yoxlanılıb. İmtahanı uğurla keçən 6 kənd sakini birbaşa sertifikat əldə edib.
Növbəti mərhələdə Aqrar Təlim Mərkəzi tərəfindən iştirakçılara müasir əkinçilik üsulları, torpaqlardan düzgün və səmərəli istifadə qaydaları, müasir suvarma sistemlərinin tətbiqi, kənd təsərrüfatı texnikalarından düzgün istifadə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) platformasının imkanları və istifadə qaydaları, torpaqların əkin məqsədli istifadəyə verilməsinin şərtləri və tələbləri barədə müvafiq təlimlər təşkil ediləcək.
Aqrar Təlim Mərkəzi tərəfindən indiyədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlər üçün nəzəri və praktiki təlimlər təşkil olunub. Hər bir rayon üzrə təlimlər həmin ərazilərin kənd təsərrüfatı istiqamətində ixtisaslaşmış sahələrinə uyğun olaraq aparılıb.
Qeyd edək ki, ümumilikdə təlimləri uğurla tamamlayaraq “Müvəffəqiyyət sertifikatı” əldə edən 212 nəfər kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi prosesində birbaşa üstünlük hüququ qazanıblar. Bu isə öz növbəsində onlara torpaq resurslarından daha səmərəli istifadə etməyə və öz təsərrüfatlarını qurmağa real imkan yaradır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır