Gəncə və Tərtərdə heyvan sağlamlığı mövzusunda beynəlxalq təlimlər keçiriləcək
2025-11-05 10:38:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və "Hasvet Baku" MMC-nin birgə təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Gəncə və Tərtər şəhərlərində “Heyvan sağlamlığının təmin olunmasında fermerlərə göstərilən aqrar xidmətlərin rolu” mövzusunda təlimlər keçiriləcək. Təlimlər beynəlxalq təcrübəyə malik ekspertlər — Örsan Güngör və Osman Cengiz tərəfindən aparılacaq.
Proqram çərçivəsində “Biotəhlükəsizliyin təmin olunmasında heyvan sağlamlığının rolu”, “Virus xəstəliklərinin tanınması və onların müalicəsində müasir üsullardan istifadə”, “Süd itkisinin əsas səbəbi – Mastit xəstəliyi”, “Cins tərkibinin yaxşılaşdırılmasının heyvan sağlamlığında əhəmiyyəti”, “İribuynuzlu heyvanlarda zoonoz xəstəliklərə səbəb olan amillər və profilaktikası”, “Vahid sağlamlıq konsepsiyasında heyvan sağlamlığı əhəmiyyəti” üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlimlər 18 noyabr tarixində Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında, 19 noyabr tarixində isə Tərtər şəhərində yerləşən Tərtər Gənclər Evində təşkil olunacaq. İki mərhələdən ibarət olan təlimlərin birinci mərhələsi fermerlər, ikinci mərhələsi isə baytar həkimlər üçün nəzərdə tutulub. Hər iki təlim günü saat 09:00-da başlayacaq və 17:30-a qədər davam edəcək.
Qeyd edək ki, həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanan təlimlər interaktiv formatda təşkil olunacaq. Tədbirin əsas məqsədi fermerlərin bilik və bacarıqlarını artırmaqla yanaşı, heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin davamlı inkişafında aqrar xidmətlərin mühüm rolunu önə çıxarmaqdır.
Təlimlərdə iştirak etmək istəyən fermerlər, baytar həkimlər, tələbələr və bu sahəyə marağı olan şəxslər qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərlər.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır