Zaqatalada kənd təsərrüfatı texnikaları üzrə monitorinqlər həyata keçirilib
2025-11-07 10:23:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları tərəfindən Zaqatala rayonunun Danaçı, Maqov, Uzunqazmalar və Aşağı Çardaxlar kəndlərində kənd təsərrüfatı texnikalarının texniki vəziyyətinə dair monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib.
Monitorinqin əsas məqsədi kənd təsərrüfatı texnikalarının təhlükəsiz, qənaətcil və düzgün istismarının təmin edilməsi, mövcud texnikaların texniki vəziyyətinin qiymətləndirilməsi, eləcə də mexanizatorların texniki təhlükəsizlik qaydaları və istismar tələbləri barədə məlumatlandırılması olub.
Aparılmış monitorinqlər zamanı ümumilikdə 26 ədəd texnika qiymətləndirilib. Müəyyən olunmuş tələblərə cavab verməyən 4 texnika üzrə inzibati protokol tərtib edilib, 6 texnikaya isə yerində texniki baxış və təhlil aparılıb.
Tədbir çərçivəsində mexanizatorlarla mövcud qaydalar, aşkar edilmiş nöqsanlar və profilaktik tədbirlər barədə maarifləndirici söhbətlər keçirilib, texniki təhlükəsizlik və utilizasiya normaları izah olunub.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, texniki nəzarət, profilaktika və maarifləndirmə istiqamətində bu kimi monitorinqlər mütəmadi şəkildə davam etdiriləcək. Bu tədbirlər texniki nasazlıqlardan irəli gələn risklərin azaldılmasına, istehsalatda təhlükəsizliyin və əməyin mühafizəsinin gücləndirilməsinə xidmət edir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır