Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağstafa və Qazax rayonlarında səfərdə olub
2025-11-07 12:39:19
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən “Sadıxlı” Gömrük Keçid Məntəqəsində və Qazax rayonunun “Qırmızı Körpü” Dövlət Sərhəd-Gömrük Keçid Məntəqəsində qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən mübarizə tədbirlərinin gedişi ilə tanış olub və prosesin icrasını izləyib.
Səfər çərçivəsində Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi, eləcə də Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə mübarizə tədbirlərinin effektivliyinin artırılması və keyfiyyətin yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, Gürcüstan Respublikasından qəhvəyi mərmər bağacığının ölkəmizə miqrasiyasının qarşısını almaq üçün əvvəlki illərdə olduğu kimi cari ilin oktyabr ayından başlayaraq dezinseksiya tədbirləri həyata keçirilir. Belə ki, Qazax rayonunun “Qırmızı körpü” Dövlət Sərhəd-Gömrük Keçid Məntəqəsində gün ərzində 400 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 10 896 nəqliyyat vasitəsi, “Sadıxlı” Gömrük Keçid Məntəqəsində isə gün ərzində 380 vaqon olmaqla ümumilikdə 11.754 vaqon dezinseksiya olunub.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır