Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub
2025-11-13 14:13:00
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.
Görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanmaqda olan “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlıq prosesi, təsdiqi və icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, hazırda müzakirə edilən və hazırlıq mərhələsində olan layihə ölkə üzrə suyun nəqli ilə bağlı infrastrukturun yenilənməsi, seçilmiş ərazilərdə müasir suvarma sistemlərinin qurulması, torpaq konsolidasiyası və Sudan İstifadəçilər Birliklərinin işi ilə bağlı pilot tətbiqləri əhatə edir. Qeyd edilib ki, bu layihə suvarma suyuna qənaət və iqlimədost yanaşmalar ilə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın, dayanıqlığın və rəqabət qabiliyyətinin artırmasına töhfə verəcək.
Görüş zamanı nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, suvarma sistemlərinin bərpası, suya qənaət edən sistemlərin tətbiqinin ölkənin kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Görüşdə Azərbaycanın iqlim dəyişikliyi səbəbindən su qıtlığı ilə üzləşən ölkələr kateqoriyasına aid olması, istifadə edilən suyun böyük hissəsinin ölkədən kənar mənbələrdən formalaşdığı diqqətə çatdırılıb. Bu baxımdan kənd təsərrüfatında istifadə edilən suyun toplanması, nəqli və istifadəsində su itkisini minimumlaşdıracaq yanaşmaların tətbiqinin aqrar siyasətdə əsas prioritetlərdən biri olduğu qeyd edilib. Həmçinin, layihə çərçivəsində ölkə üzrə torpaq konsolidasiyası və təsərrüfatdaxili suvarma suyunun idarə edilməsi sahəsində yeni pilot yanaşmaların tətbiqinin mühüm olduğu vurğulanıb.
Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verdiyini qeyd edib, ölkəmizin kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini vurğulayıb. O, hazırlanmaqda olan CRAIS layihəsinin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və iqtisadi fəallığın artırılmasına, məşğulluğun dəstəklənməsinə və fermerlərin maliyyə əlçatanlığının artırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır