Türkiyə Respublikasına işgüzar səfər həyata keçirilib
2025-11-14 15:06:00
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə baş tutan “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” layihəsi çərçivəsində Türkiyə Respublikasına işgüzar səfər həyata keçirilib.
Səfərin məqsədi yerli və qlobal strategiyalar əsasında yoluxucu heyvan xəstəliklərinin monitorinqi, erkən aşkarlanması və idarəetmə modellərinin öyrənilməsi, eləcə də kənd təsərrüfatı heyvanlarında xəstəliklərin qarşısının alınması istiqamətində milli vaksinasiya proqramlarının quruluşu, maliyyələşdirilməsi və icra mexanizmlərinin təhlili olub.
Bu məqsədlə nümayəndə heyəti ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Heyvandarlıq üzrə Baş İdarəsində bir sıra görüşlər keçirilib, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində mövcud qanunvericilik bazası, idarəetmə strukturları və tətbiq mexanizmləri ilə tanış olunub.
Görüşlər zamanı institusional islahatlar, elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı, cari il ərzində heyvan sağlamlığının vahid istiqamətdə idarə olunmasını təkmilləşdirmək məqsədilə struktur bölmələrin birləşdirilməsi məsələləri eləcə də gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub. Müzakirələrdə qarşılıqlı təcrübə mübadiləsinin, elmi-texniki əməkdaşlığın və institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Səfər çərçivəsində əldə olunan bilik və təcrübə ölkəmizdə heyvan sağlamlığının qorunmasına, heyvandarlıq sektorunda idarəetmənin səmərəliliyinin və inkişaf dinamikasının artırılmasına, baytarlıq xidmətlərinin institusional potensialının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, səfərdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak edib.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır