Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı “Tap, Məhv et ” kampaniyası davam edir
2025-11-14 17:19:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssislərindən ibarət qruplar bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair monitorinqlər həyata keçirir. Respublikamızın müxtəlif bölgələrində olduğu kimi, Zaqatala rayonunun Danaçı kəndində də zərərvericiyə qarşı maarifləndirici görüşlər və praktik tədbirlər həyata keçirilib.
Kampaniyanın məqsədi qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq, əhalinin maarifləndirilməsi yolu ilə mübarizə tədbirlərinin daha səmərəli təşkilinə nail olmaqdır. Görüş zamanı mütəxəssislər zərərvericinin bioloji xüsusiyyətləri, aşkarlanma üsulları, məişət sahələrinə və təsərrüfatlara vurduğu ziyan, həmçinin qarşısının alınması üçün mövcud mübarizə metodları barədə kənd sakinlərinə ətraflı məlumat veriblər.
Danaçı kəndində təşkil olunan maarifləndirici tədbirlər çərçivəsində “Tap, Məhv et” kampaniyasının tələblərinə uyğun olaraq qəhvəyi mərmər bağacığının aşkarlandığı ərazilərdə mexaniki mübarizə üsullarının tətbiqi nümayiş etdirilib. Mütəxəssislər əhalinin bu prosesə fəal şəkildə cəlb olunmasının vacibliyini qeyd edərək, zərərvericinin xüsusilə payız-qış mövsümündə yaşayış evlərinə toplaşma meylinin artdığını bildiriblər. Sakinlərə zərərvericinin yetkin fərdlərinin təhlükəsiz şəkildə məhv edilməsi qaydaları izah edilib. Mütəxəssislər bildiriblər ki, vaxtında görülən mexaniki və profilaktik tədbirlər qəhvəyi mərmər bağacığının populyasiyasının azalmasına və növbəti ildə təsərrüfatlara vurduğu ziyanın minimuma endirilməsinə mühüm töhfə verir.
Qeyd edək ki, kampaniya çərçivəsində bölgələrdə maarifləndirmə tədbirləri, evlərdə və təsərrüfat sahələrində monitorinqlər davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi ölkənin bütün bölgələrində “Tap, Məhv et” kampaniyasını mövsüm boyunca davam etdirəcək və əhali ilə birgə qəhvəyi mərmər bağacığına qarşı mübarizə işlərini daha da gücləndirəcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır