Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir
2025-11-17 15:34:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssislərindən ibarət sahə qrupları bölgələrdə qəhvəyi mərmər bağacığına (QMB) qarşı kimyəvi mübarizə tədbirlərini və bu tədbirlərin icrasına dair monitorinqləri intensiv şəkildə davam etdirirlər.
Hazırda mütəxəssislər yaşayış məntəqələrinə yaxın ərazilərdə, qışlama yerlərində, həyatyanı sahələrdə, çardaxıarda, eləcə də yarımçıq tikililərdə zərərvericinin yayılma dinamikasını qiymətləndirir, riskli sahələri müəyyən edərək kimyəvi preparatlarla hədəf yönümlü mübarizə aparırlar.
Kimyəvi mübarizə prosesində təsir gücü yüksək, ətraf mühitə və faydalı entomofaunaya minimal zərər vuran preparatlardan istifadə olunur. Mütəxəssislər çiləmə işlərinin düzgün temperatur və hava şəraitində aparılmasına, normadan artıq preparat sərf edilməməsinə, həmçinin təhlükəsizlik qaydalarına tam riayət olunmasına xüsusi nəzarət edirlər.
Eyni zamanda yerli icra strukturları, təsərrüfat sahibləri və əhali ilə görüşlər keçirilərək kimyəvi mübarizə qaydaları, preparatların düzgün tətbiqi, şəxsi mühafizə vasitələrindən istifadə və zərərvericinin aşkarlandıqda dərhal məlumat verilməsinin vacibliyi barədə maarifləndirici məlumatlar verilir.
Aparılan kimyəvi mübarizə tədbirləri qəhvəyi mərmər bağacığının populyasiyasının azaldılmasına, növbəti ildə təsərrüfatlara dəyən ziyanın minimuma endirilməsinə və məhsuldarlığın qorunmasına xidmət edir. Agentliyin mütəxəssisləri mövsüm boyunca monitorinqləri, mexaniki və kimyəvi mübarizə tədbirlərini ardıcıl şəkildə davam etdirəcəklər.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günədək qəhvəyi mərmər bağacığına qarşı 26,566 ha sahədə müşahidələr aparılıb, 3,664 ha sahədə sirayətlənmə aşkar edilib, 3,045 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır