Aqrar Xidmətlər Agentliyi ölkəmiz üçün xarakterik olmayan dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı tədbirlərə başlayıb
2025-11-18 10:36:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST/WOAH) birgə məlumatına əsasən, dabaq (Foot-and-Mouth Disease–FMD) xəstəliyinin əsasən Cənubi Afrika üçün xarakterik olan SAT-1 (Southern African Territories) serotipi son aylarda Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edilib. Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması rəsmi təsdiqini tapıb.
Bu səbəbdən FAO və ÜHST tərəfindən müvafiq ölkələrə biotəhlükəsizlik, monitorinq və peyvəndləmə tədbirlərinin gücləndirilməsi, həmçinin xəstəliyə qarşı erkən xəbərdarlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə edilib.
Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərini nəzərə alaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin həmin serotipinə qarşı əlavə peyvənd alınıb və aidiyyəti qurumlar ilə razılaşdırılmaqla profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb.
Bildiririk ki, peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Artıq peyvənd vasitəsinin müəyyən hissəsi ölkəmizə gətirilib və sərhədboyu ərazilərdə dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləmə işlərinə başlanılıb. Həyata keçiriləcək profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısını almağa xidmət edir.
AXA FAO və ÜHST tövsiyələri nəzərə alınmaqla epizootik sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və peyvəndləmə tədbirlərinin operativ həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır