Salyanda “Balıq xəstəlikləri və onların profilaktikası” mövzusunda təlim keçirilib.
2025-11-19 14:35:00
Salyan rayonunda Aqrar Xidmətlər Agentliyi tərəfindən “Balıq xəstəlikləri və onların profilaktikası” mövzusunda təlim keçirilib.
Təlimdə Salyan və Neftçala rayonlarından 30-dan çox akvakultura subyekti, balıqçılıqla məşğul olan fermerlər və yerli baytarlıq idarələrinin əməkdaşları iştirak edib. Tədbir zamanı balıq növlərində rast gəlinən virus, bakteriya və parazitar xəstəliklər, onların diaqnostikası və profilaktik tədbirlər, həmçinin su keyfiyyəti və ətraf mühit amillərinin balıq sağlamlığına təsiri barədə məlumat verilib. İştirakçılara balıqlarda müşahidə olunan patoloji-anatomik dəyişikliklər, müxtəlif balıq növlərinin xəstəliklərinin müalicəsində istifadə olunan təsirli preparatlar, müayinə metodları və balıqyetişdirmə göllərinin meliorasiya qaydaları barədə geniş məlumat təqdim olunub. Təlim zamanı maarifləndirici bukletlər paylanılıb , aparılan sorğu nəticəsində iştirakçıları maraqlandıran mövzular və mövcud problemlər barədə məlumat toplanıb.
Təlimdən sonra “Salyan Aqropark” MMC-nin balıqyetişdirmə təsərrüfatında monitorinq aparılıb, balıqların yetişdirilməsi və inkubasiya prosesi ilə yerində tanışlıq olub və təsərrüfat işçilərinə müvafiq tövsiyələr verilib.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır