Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirilib
2025-11-20 14:35:00
Aqrar Xidmətlər Agentliyinin və Bayramlı GROUP-un birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutunun alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Konfransda giriş sözü ilə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxış edərək baytarlıq xidmətlərinin institusional potensialının gücləndirilməsinin heyvan sağlamlığının qorunması və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və fermerlərə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müasir və innovativ metodların tətbiqi sayəsində profilaktik tədbirlərin düzgün planlaşdırılması, eləcə də epizotik sabitliyin təmin edilməsi və xəstəliklərlə mübarizədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi sahəsində mühüm nəticələr əldə edilməkdədir.
O vurğulayıb ki, bu səpkidə tədbirlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baytar mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmaların tətbiqinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev çıxış edərək son illərdə ölkədə heyvan sağlamlığı üzrə aparılan islahatlar, baytarlıq xidmətlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Nazirin müşaviri həmçinin heyvan xəstəliklərə qarşı mübarizədə müasir elmi metodların tətbiqinin vacibliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq şöbəsinin müdiri Bayandur Rzayev ölkədə epizotik vəziyyətin sabit saxlanmasında, eləcə də heyvandarlıq məhsullarının istehsalında baytarlıq sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu sahədə innovativ texnologiyanın tətbiqinin vacibliyini bildirib.
Bayramlı Group şirkətinin direktoru Cavid Bayramlı özəl baytarlıq xidmətinə keçidin üstünlükləri və dövlət-özəl əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
HSBXM-nin rəis müavini Yusif İbrahimov Heyvan sağlamlığı və baytarlıq xidmətləri sahəsində cari ildə görülmüş işlərə dair hesabatı iştirakçıların diqqətinə çatdırıb.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini Mehman Hacızadə “Regionda qeydə alınan xüsusi təhlükəli xəstəliklər: Təhdidlər və hədəflər”, ADA Universitetinin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ömərov “Baytarlıq təbabətində profilaktik strategiyaların CRISPR-Cas9 əsaslı genetik redaktə üsulları ilə inteqrasiyası”, Mehmet Akif Ersoy Universitetinin professoru Prof. Dr. Örsan Güngör və baytar həkim Osman Cengiz “iribuynuzlu heyvan xəstəliklərinin profilaktikası və müalicəsində tətbiq olunan yeni yanaşmalar”, “Bayramlı Group” şirkətinin direktor müavini Dürdanə Rəcili xüsusi təhlükəli xəstəliklərin müasir diaqnostika üsulları, “FAO eksperti, Elşad Rzayev isə baytarlıq sahəsində biotəhlükəsizlik qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması mövzularında təqdimatla çıxış edərək ətraflı məlumat veriblər.
Sonda heyvan xəstəliklərinin erkən aşkarlanması, diaqnostik proseslərin təkmilləşdirilməsi, müasir profilaktika modelləri, həmçinin dövlət-özəl əməkdaşlığının gücləndirilməsinə dair müzakirələr aparılıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır