Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib
2025-11-21 17:02:28
Qəhvəyi mərmər bağacığının ölkə üzrə yayılmasının qarşısının alınması, mövcud ocaqların aradan qaldırılması və fitosanitar sabitliyin təmin edilməsi məqsədilə kompleks tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” sərəncamına əsasən yaradılmış Regional Əlaqələndirmə Mərkəzinin Balakən rayonunda növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi Agentliyininin rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Zaqatala və Balakən rayon icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə tədbirlər planının icra vəziyyəti, zərərvericinin qışlama dövründə aparılan monitorinqlərin nəticələri, mövsümə uyğun görülən işlər, həmçinin əhali arasında maarifləndirmənin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxışında Nazirlər Kabinetinin tapşırıqları çərçivəsində görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, qəhvəyi mərmər bağacıgı yayılan bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları haqqında ətraflı məlumat çatdırılır. Mövsümlə bağlı olaraq süni qışlama yerlərinin yaradılması istiqamətində işlər genişləndirilib. Maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.
Qeyd olunub ki, respublika ərazisində qəhvəyi mərmər bağacığına qarşı cari ilin oktyabr ayının əvvəlindən bu günədək qışlama yerlərinin monitorinqi və mexaniki mübarizə tədbirləri çərçivəsində 28 rayon, 203 kənd və 5693 məntəqədə monitorinqlər aparılıb. Aşkarlanmış zərərvericilərə qarşı 12 rayon və 70 kənddə, ümumilikdə 1679 məntəqədə 106 023 fərd üzrə mexaniki mübarizə tədbirləri həyata keçirilib. Bununla yanaşı, 6 rayon üzrə 79 kənddə və 1400 məntəqədə isə kimyəvi mübarizə tədbirləri aparılıb. Eyni zamanda AXA əməkdaşları tərəfindən 23 980 nəqliyyat vasitəsində və 17 101 vaqonda dezinfeksiya tədbirləri həyata keçirilib. Həmçinin 29 rayon və 202 kənddə, ümumilikdə 10 624 vətəndaşın iştirakı ilə maarifləndirici təlimlər təşkil olunub.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Agentlik tərəfindən tədbirlər planına uyğun həyata keçirilən tədbirləri təqdim edərək, zərərvericinin sıx yayıldığı ərazilərdə mübarizənin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
İclasın sonunda monitorinqlərin intensivləşdirilməsi, mexaniki və kimyəvi mübarizə tədbirlərinin genişləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır