“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi uğurla davam etdirilir
2025-11-25 12:16:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində 2025-ci ilin may-oktyabr ayları ərzində Aqrar Xidmətlər Agentliyinin və “AzerGold” QSC-nin əməkdaşlarının iştirakı ilə AXA-nın mütəxəssisləri tərəfindən Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (Şadax ərazisi daxil olmaqla) və Bayan kəndlərində, həmçinin Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində kənd təsərrüfatı sahəsində monitorinqlər aparılıb, yerli əhali ilə görüşlər təşkil olunub.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən görülmüş profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, 140 baş iribuynuzlu, 145 baş xırdabuynuzlu heyvan və 63 arı ailəsi üzrə ümumi klinik müayinələr həyata keçirilib. Bundan əlavə, 7 293 m³ ərazi profilaktik dezinfeksiya olunub, mövsümi xəstəliklərin aşkarlanması məqsədilə 65 baş heyvandan qan nümunələri götürülərək müvafiq təhlillər aparılıb.
Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən əkin sahələri və örüş yerlərindən götürülmüş 51 torpaq nümunəsi, 8 suvarma suyu nümunəsi və 4 bitki nümunəsi analiz edilib.
Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən layihə çərçivəsində ev təsərrüfatlarında fitosanitar vəziyyət qiymətləndirilib, zərərli orqanizmlərin təsirinə məruz qalmış bitkilərdə monitorinqlər aparılıb. Həyətyanı sahələrdən ümumilikdə 366 bitki nümunəsi götürülərək laborator müayinəyə təqdim edilib. Təhlil nəticələrinə əsasən 79 bitki nümunəsində xəstəlik və zərərvericilər aşkarlanıb. Zərərvericilərlə mübarizə üsulları və bu istiqamətdə profilaktik tədbirlərin aparılması ilə bağlı 184 fermerə dəstək göstərilib.
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən yerli icmalar arasında 53 sorğu keçirilib, 31 təlim təşkil edilib. Təlimlərdə iştirak edən fermerlərə maarifləndirici kitabçalar və bukletlər paylanılaraq, zəruri məsləhətlərin verilib.
Qeyd edək ki, layihənin məqsədi “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi regionlarda yerli icmalarla əməkdaşlığın gücləndirilməsi, kəndli-fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsinə əlavə töhfələr verməkdir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır