Qəhvəyi Mərmər Bağacığına qarşı bioloji mübarizənin tətbiqi müzakirə olunub
2025-11-26 15:40:00
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmovun, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin və institutun əməkdaşlarının iştirakı ilə qəhvəyi mərmər bağacığına (QMB) qarşı bioloji mübarizənin tətbiqi və bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi məsələlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.19.2022-ci il tarixli 819s saylı qərarına uyğun olaraq təsdiq edilmiş fəaliyyət planının icrası çərçivəsində ölkə ərazisində QMB-yə qarşı mübarizədə bioloji mübarizə metodlarının tətbiqi imkanlarının araşdırılması, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi perspektivləri müzakirəsi olunub.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov respublika ərazisində qəhvəyi mərmər bağacığına qarşı aparılan kompleks mübarizə tədbirləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, son illər aparılan monitorinq və mübarizə tədbirləri nəticəsində zərərvericinin yayılma arealı nəzarətdə saxlanılır, lakin kimyəvi mübarizə ilə yanaşı, ekoloji baxımdan təhlükəsiz və uzunmüddətli effekt verən bioloji mübarizə metodlarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Cəfər Məhərrəmov çıxışında bioloji mübarizədə istifadə olunan Samuray arısının təbiətdə mövcudluğunun öyrənilməsi, laborator şəraitdə çoxaldılması və təbiətə buraxılmasının perspektivlərindən bəhs edib. O, həmçinin QMB-nin digər təbii düşmənlərinin aşkar edilməsi və onların yerli şəraitdə adaptasiya imkanlarının araşdırılmasının vacibliyini vurğulayıb.
Cəfər Məhərrəmov bioloji mübarizənin üstünlüklərinə toxunaraq bildirib ki, bu metod ətraf mühit üçün təhlükəsizdir, faydalı orqanizmlərə zərər vermir, torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısını alır, eyni zamanda kənd təsərrüfatı məhsullarının ekoloji təmizliyinin təmin edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, bioloji mübarizənin tətbiqi dayanıqlı kənd təsərrüfatının formalaşdırılması və məhsuldarlığın qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov bioloji mübarizənin üstünlükləri , bu sahədə aparılan elmi tədqiqat işlərinin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini bildirdi.
Tədbirdə Azərbaycan şəraitində qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə məqsədilə aparılacaq elmi-tədqiqat proqramlarının əsas istiqamətləri müzakirə edilib. Alimlər tərəfindən əldə edilən elmi nəticələrin praktik sahədə tətbiqinin vacibliyi qeyd olunub, elmi müəssisələrlə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti ön plana çəkilib.
Tədbirin sonunda tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib, elmi-tədqiqat işlərinin genişləndirilməsi və bioloji mübarizə tədbirlərinin mərhələli şəkildə tətbiqi ilə bağlı razılıq əldə olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır