ADAU-da Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə görüş keçirilib
2025-11-27 09:31:23
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqromexanika Elmi-Tədqiqat İnstitutunun və universitetin əməkdaşları ilə görüş keçirilib. Görüşdə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Cəfər Məhərrəmov, ADAU-nun prorektoru Əhməd Məlikov, texniki nəzarətin təşkili üzrə mütəxəssislər, həmçinin sahə üzrə ixtisaslaşmış alim və ekspertlər iştirak ediblər.
Görüşün əsas məqsədi kənd təsərrüfatı texnikalarının təhlükəsiz və peşəkar şəkildə idarə olunması üçün bu sahədə kadr potensialının gücləndirilməsi, eləcə də imtahan vəsaitlərinin müasir tələblərə uyğun yenilənməsi ilə bağlı məsələlərin müzakirəsi olub.
Tədbirdə çıxış edən AXA-nın sədr müavini Cəfər Məhərrəmov kənd təsərrüfatında texniki təhlükəsizliyin və peşəkar kadr hazırlığının sektorun dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, müasir aqrar sahənin tələblərinə cavab verən mexanizatorların və texnika operatorlarının hazırlanması, həm məhsuldarlığın artırılması, həm də iş proseslərində risklərin minimuma endirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Cəfər Məhərrəmov həmçinin qeyd edib ki, sürücülük məktəblərinin aqrar təhsil müəssisələri nəzdində fəaliyyət göstərməsi nəzəri biliklərin praktiki bacarıqlarla uzlaşdırılmasına, nəticədə daha peşəkar və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına şərait yaradacaq. Onun sözlərinə görə, imtahan suallarının və tədris materiallarının mütəmadi yenilənməsi, beynəlxalq təcrübəyə əsaslanan proqramların tətbiqi qarşıda duran əsas hədəflərdən biridir.
ADAU-nun prorektoru Əhməd Məlikov müzakirə olunan mövzunun aktuallıgını qeyd edərək əməkdaşlıq üçün tələb olunan dəstəyi göstərəcəyini nəzərə çatdırıb.
Görüş zamanı texniki nəzarət mütəxəssisləri və institutun alimləri tərəfindən mövzu ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb və bu istiqamətdə birgə fəaliyyət imkanları müzakirə olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır