Nazir Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb
2025-11-27 10:49:00
İki ölkə arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoyublar.
Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili arasında ikitərəfli, daha sonra nümayəndə heyətləri arasında geniş tərkibli görüş keçirilib. Görüşlərdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Gürcüstanla Azərbaycanın dost ölkə olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. David Sonqulaşvili ölkəsinin aqrar sahədə rəqəmsallaşma, ağıllı kənd modeli, istixanaların yaradılması sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsi və bu istiqamətlərdə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi, ikitərəfli ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün işgüzar dairələrimiz arasında əlaqələrin gücləndirilməsi, ixracyönümlü məhsullar haqqında mütəmadi məlumat mübadiləsinin təmin edilməsi, torpaqların konsolidasiyası, transsərhəd xəstəliklər, zərərvericilər, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin aparılması, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakın təmin edilməsi, gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər müzakirə olunan məsələlər üzrə konkret fəaliyyət planının hazırlanması, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı birgə İşçi Qrupun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır