Bölgələrdə maarifləndirmə tədbirləri davam edir
2025-11-27 16:33:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən bölgələrdə “Tarlaqoruyucu meşə zolaqlarının salınması” mövzusunda maarifləndirici təlimlər davam etdirilir. Növbəti təlimlər Xaçmaz, Lənkəran, Füzuli, Ağstafa və Kürdəmir rayonlarında təşkil olunub.
Təlimlərin keçirilməsində əsas məqsəd torpaq eroziyasının qarşısının alınması, əkin sahələrinin iqlim təsirlərindən qorunması və məhsuldarlığın artırılmasında tarlaqoruyucu meşə zolaqlarının rolunu fermerlərə çatdırmaq olub.
Tədbirlər zamanı iştirakçılara tarlaqoruyucu meşə zolaqlarının əkin sahələrinin ətrafında və ya daxilində salınmasının əhəmiyyəti, bu zolaqların külək və su eroziyasının qarşısının alınmasında, torpağın münbitliyinin qorunmasında, mikroiqlimin tənzimlənməsində və məhsuldarlığın yüksəldilməsində rolu ətraflı izah edilib.
Görüşlər interaktiv formatda keçirilib, fermerlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu cür təlimlər fermerlərin təbii resurslardan düzgün və səmərəli istifadə vərdişlərinin formalaşdırılmasına və təsərrüfat risklərinin minimuma endirilməsinə xidmət edir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır