Fermerlərin işini asanlaşdıran təşəbbüs: Mexaniki nəqliyyat vasitələrinin təkrar qeydiyyatı
2025-11-28 17:06:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən kənd təsərrüfatında istifadə olunan mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyata alınmasının təmin edilməsi, fermerlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə “Mexaniki nəqliyyat vasitələri və onların qoşqularının təkrar qeydiyyata alınması və tələb olunan sənədlər” mövzusunda maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxın məqsədi texnika sahiblərinə təkrar qeydiyyat prosesinin əhəmiyyəti, müraciət qaydası və tələb olunan sənədlər barədə dolğun məlumat verməkdir. Videoçarxda texnikanın mövcud qeydiyyat şəhadətnaməsi, alqı-satqı müqaviləsi, rüsum ödənişi haqqında qəbz, əvvəlki dövlət qeydiyyat nişanı, mülkiyyətçinin ərizəsi, fiziki və hüquqi şəxslər üçün tələb olunan sənədlər ətraflı izah olunur. Həmçinin, təkrar qeydiyyatın texnikanın qanuni istifadəsi, təhlükəsiz istismarı və rəsmi uçota alınması baxımından əhəmiyyəti vurğulanır.
Maarifləndirici material fermerlərin hüquqi məsuliyyətinin artırılmasına, texnikadan düzgün və problemsiz istifadə edilməsinə, eləcə də qeydiyyat prosesində yarana biləcək çətinliklərin qarşısının alınmasına xidmət edir.
Videoçarx üçün keçid: https://youtu.be/D8q0_Lfd2Ig
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır