Aqrar Xidmətlər Agentliyində özəl baytarlıq sektorunun nümayəndələri ilə görüş keçirilib
2025-12-04 14:53:00
Aqrar Xidmətlər Agentliyində “Respublikada baytarlıq praktikası ilə məşğul olan özəl sektorların heyvan sağlamlığının qorunmasında rolu” mövzusunda geniş tərkibli görüş keçirilib. Tədbirdə Agentliyin sədr müavini, HSBXM-nin əməkdaşları və özəl baytarlıq qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd dövlət və özəl sektorlar arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, profilaktiki peyvəndləmə tədbirlərində özəl sektorun rolunun artırılması olub.
Görüşdə sədr müavini Elməddin Namazov ölkədə heyvan sağlamlığının qorunması istiqamətində görülən işlər, epizootiya əleyhinə tədbirlər planına uyğun həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması prosesində dövlət və özəl struktur arasında koordinasiya əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini diqqətə catdırıb.
Görüşdə özəl baytarlıq qurumların nümayəndələri ilə deyd olunan məsələlərə dair əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər baytarlıq sektorunun davamlı inkişafı, heyvan sağlamlığının etibarlı şəkildə qorunması, göstərilən xidmətlərinin daha səmərəli təşkili, operativliyin və çevikliyin artırılması və xidmətlərə əlçatanlığının təmin edilməsi barədə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Sonda bildirilib ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin hazırlanması istiqamətində danışıqlar növbəti mərhələlərdə də davam etdiriləcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır