Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN
2025-12-08 11:37:29
“Cənab Prezidentin imzaladığı Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililərin dəqiq təsnifatı verilib. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı tikililərin inşasına icazə verildiyi öz əksini tapıb. Bu o deməkdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda nəzərdə tutulan qaydalardan kənar hər hansı tikilinin, o cümlədən bəzi kütləvi informasiya vasitələrində yayımlandığı kimi, beton əsaslı tövlə, anbar, ev və sair tikililərin inşası qadağandır”. Bu açıqlamanı mediaya Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev verib.
O bildirib ki, Fərmanla təsdiqlənən mövcud qaydalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edilə və quraşdıra bilər: “Bu tikililərin xüsusiyyəti Fərmanda açıq şəkildə qeyd olunub. Söhbət xüsusi təyinatlı texnika cəlb edilmədən quraşdırılıb-sökülən, torpaqla beton əsaslı bağlılığı olmayan və ya dəmir-beton olmayan, ayrı-ayrı duran dirəkaltı bünövrələr üzərində quraşdırılan, yüngül inşaat konstruksiyalarından inşa edilən tikililərdən gedir. Eyni zamanda Fərmanda açıq şəkildə qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir. Yəni, söhbət daimi əsaslı yaşayış evi, tövlə, anbar və digər tikililərdən getmir, kənd təsərrüfatı təyinatlı torpaqlarda belə tikililərin inşası həm Torpaq Məcəlləsinə, həm də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə yolverilməzdir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dekabr 2025-ci il tarixində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları haqqında Fərman imzalayıb. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşasına icazə verilən tikililərin xüsusiyyətləri və təsnifatı öz əksini tapıb. Fərmana əsasən, müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Yüngül konstruksiyalı tikili dedikdə, karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və ya plastik lövhələrdən ibarət tikili nəzərdə tutulur. Bu cür tikililər kənd təsərrüfatı texnikası, ot, yem və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilə bilər.
Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda göstərilən qaydalardan kənar hər hansı tikilinin inşası qadağandır və bu cür addımlar hüquqi, inzibati və cinayət məsuliyyəti yaradır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır