Lənkəranda balıq xəstəlikləri və onlara qarşı mübarizə tədbirlərinə dair maarifləndirici təlim keçirilib
2025-12-09 12:22:55
Aqrar Xidmətlər Agentli tərəfindən Lənkəran Regional Təlim Mərkəzində “Balıq xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda maarifləndirici təlim keçirilib.
Tədbirin əsas məqsədi balıqçılıq təsərrüfatlarında xəstəliklərin vaxtında aşkarlanması, düzgün diaqnostika və effektiv müalicə metodlarının tətbiqi sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, həmçinin təsərrüfatlarda sağlam və məhsuldar balıqçılığın qorunmasını təmin etmək olub.
Təlim iştirakçılarına müasir baytarlıq preparatlarının qızılbalıqkimilər və digər növlərdə tətbiqi qaydaları, eləcə də təsərrüfatlarda xəstəlik riskinin azaldılması üçün qabaqlayıcı tədbirlər izah edilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və balıqçılıq sahəsində qarşıya çıxan problemlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, belə tədbirlər regionlarda balıqçılıq təsərrüfatlarının fəaliyyətinin daha effektiv və sağlam şəkildə təşkili üçün mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır