Pestisidlərlə çirklənmiş ərazilərin qiymətləndirilməsi və pestisid qalıqlarının idarə olunması üzrə təlim keçirilib
2025-12-10 11:34:08
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin Cəngi pestisid poliqonu əməkdaşlarına kənd təsərrüfatında təhlükəsizliyin artırılması və ətraf mühitin qorunmasını təmin etmək üçün “Pestisidlərlə çirklənmiş ərazilərin qiymətləndirilməsi və pestisid qalıqlarının təhlükəsiz idarə olunması” mövzusunda təlim təşkil edilib.
Təlimin əsas məqsədi mütəxəssislərin praktiki biliklərini gücləndirmək, çirklənmiş ərazilərin təhlükəsiz idarə olunmasına dəstək vermək və ekoloji risklərin azaldılmasına töhfə verməkdir.
Görüş zamanı iştirakçılara pestisidlərin düzgün tətbiqi, çirklənmiş sahələrin müəyyənləşdirilməsi, təhlükəli qalıqların qablaşdırılması, daşınması və zərərsizləşdirilməsi üzrə beynəlxalq və milli standartlara uyğun metodlar təqdim olunub. Qeyd olunub ki, istifadəsiz qalmış anbarlar və köhnə aqrokimyəvi sahələr torpaq və su resursları üçün ciddi risk yaradır. Pestisid qalıqlarının düzgün idarə edilməməsi isə ekosistemlərə və insan sağlamlığına təhlükə törədə bilər.
Tədbir interaktiv formatda təşkil olunub, iştirakçıların sualları üzrə müzakirələr aparılaraq hər birinə izahlı cavab verilib.
Qeyd edək ki, bu kimi təlimlərin keçirilməsi təhlükəsiz əmək şəraitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır