Mexaniki mübarizə tədbirləri nəticəsində 150 mindən çox qəhvəyi mərmər bağacığı məhv edilib
2025-12-11 10:35:15
Aqrar Xidmətlər Agentliyinin 90-dan çox əməkdaşı qəhvəyi mərmər bağacığının sirayətləndiyi Şəki-Zaqatala, Qazax-Tovuz və Quba-Xaçmaz regionları üzrə fəaliyyətlərini davam etdirir. Cari ildə Respublika üzrə 31 rayon 277 kənddə monitorinqlər aparılıb, bu rayonların 12-də sirayətlənmə müşahidə olunub. Müşahidə olunan ərazilərdə 150 mindən çox zərərverici mexaniki üsulla məhv edilib.
AXA mütəxəssisləri həyata keçirilən kompleks tədbirlər çərçivəsində yaşayış məntəqələrinə yaxın ərazilərdə, qışlama yerlərində, həyatyanı sahələrdə, çardaxlarda, eləcə də yarımçıq tikililərdə zərərvericinin yayılma dinamikasını qiymətləndirir, riskli sahələri müəyyən edərək kimyəvi preparatlarla hədəf yönümlü mübarizə aparırlar.
Bu dövrdə ən effektiv mübarizə üsullarından biri də müxaniki mübarizədir. Təcrübə göstərir ki, zərərvericinin qışlama mərhələsində aparılan mexaniki tədbirlər onun məhv edilməsinə və yaz aylarında kütləvi yayılmasının qarşısını almağa mühüm təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, hazırda zərərvericinin qışlama dövrü nəzərə alınaraq mexaniki mübarizə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə mütəxəssislər yaşayış evlərinin çardaq və zirzəmilərində, saxlanc yerlərində və bağ sahələrində bağacığın gizlənə biləcəyi yerlərin müəyyən edilməsi və təmizlənməsi istiqamətində vətəndaşlara tövsiyələr verirlər.
Görüşlər zamanı əhaliyə bağacığın toplanaraq məhv edilməsi, qışlama yerlərinin mexaniki təmizlənməsi, yarpaq, bitki qalıqları və tullantıların sahələrdən kənarlaşdırılmasının vacibliyi izah olunur. Eyni zamanda riskli sahələrin mütəmadi yoxlanılması və zərərverici aşkar edildikdə aidiyyəti qurumlara operativ məlumat verilməsi tövsiyə edilir.
Maarifləndirici tədbirlər qəhvəyi mərmər bağacığının populyasiyasının azalmasına, yaz-yay mövsümündə kütləvi yayılmanın qarşısının alınmasına və kənd təsərrüfatı məhsullarında itkilərin minimuma endirilməsinə xidmət edir.
Aqrar Xidmətlər Agentliyi tərəfindən regionlarda mexaniki mübarizə tədbirləri və monitorinqlər növbəti mərhələlərdə də ardıcıl şəkildə davam etdiriləcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır