Aqrar Xidmətlər Agentliyində Təlimçilərin Təlimi proqramı həyata keçirilib
2025-12-11 17:24:54
Aqrar Xidmətlər Agentliyi (AXA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Agrar Xidmətlər Agentliyinin Struktur İslahatları və Strateji İnkişafına Dəstək” layihəsi çərçivəsində FAO-nun milli konsultantları tərəfindən həyata keçirilən“Təlimçilərin Təlimi” (ToT) proqramı uğurla başa çatıb.
Təlim AXA-nın rayon baytarlıq xidməti əməkdaşlarının biotəhlükəsizlik, sahə əməliyyatları və təlim keçmə bacarıqlarının gücləndirilməsi məqsədi daşıyan genişmiqyaslı fəaliyyətlərin növbəti mərhələsi olub. Proqrama müxtəlif rayon baytarlıq idarələrindən mütəxəssisləri, eləcə də Aqrar Təlim Mərkəzinin əməkdaşları qatılıb. İştirakçıların seçimi onların regional biotəhlükəsizlik təlimlərindəki göstəriciləri, texniki hazırlıqları və gələcəkdə AXA-nın təlimçi qrupunda fəaliyyət göstərə bilmək potensialına əsaslanıb.
İki günlük intensiv təlim zamanı iştirakçılar təlimçinin rolu və məsuliyyətləri, tədris metodları, qrup dinamikası, iştirakçıların idarə olunması, məşğələlərin planlaşdırılması və strukturlaşdırılması üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Daha sonra təqdimatların hazırlanmasına dair tətbiqi məşğələlər keçirilib, biotəhlükəsizlik mövzusu üzrə qrup təqdimatları hazırlanıb, onların məzmunu və təqdimat keyfiyyəti təhlil olunub.
Təlim proqramı iştirakçıların həm metodiki, həm də praktik biliklərini gücləndirməklə AXA-nın regional baytarlıq xidmətlərində daha vahid yanaşmanın formalaşmasına töhfə verib.
Proqramın ən mühüm nəticələrindən biri AXA-nın nəzdində yeni Təlimçi Qrupunun yaradılmasıdır. Bu qrup gələcəkdə regionlarda biotəhlükəsizlik, profilaktik tədbirlər və yeni baytarlıq avadanlıqlarından istifadə mövzularında təlimlərin keçirilməsində aparıcı rola sahib olacaq. Təlimçi Qrupunun regional klasterlər üzrə yerləşdirilməsi və illik təlim planları ilə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bu təşəbbüs baytarlıq xidmətinin institusional potensialının gücləndirilməsinə, xəstəliklərin profilaktikası və nəzarət tədbirlərinin ölkə üzrə daha koordinasiyalı şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır