Qəbələdə qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə dair rayon ictimaiyyətilə görüş keçirilib
2025-12-15 10:51:12
Qəhvəyi mərmər bağacığının yayılması ilə bağlı risklərin azaldılması məqsədilə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən Qəbələdə rayon ictimaiyyətilə maarifləndirici görüş təşkil edilib. Tədbir Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd icra nümayəndələri, bələdiyyə üzvləri və aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə baş tutub.
Görüşdə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (Zərərsizləşdirmə) Xidmətinin rəisi Ceyhun İbrahimov çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi risk xarakterli rayon hesab edilən Qəbələdə qəhvəyi mərmər bağacığının təsərrüfatlara vurduğu mümkün fəsadlar barədə məlumatlandırma və qabaqlayıcı mübarizə tədbirlərinin düzgün icrasının təmin edilməsidir.
Tədbirdə çıxış edən AXA-nın Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə qəhvəyi mərmər bağacığı ilə mübarizdə effektiv nəticənin əldə edilməsi üçün yalnız aidiyyəti qurumların deyil, həm də vətəndaşların birgə fəaliyyətinin vacibliyini qeyd edib.
Görüş zamanı iştirakçılara zərərverici ilə mübarizə üsulları barədə geniş məlumat verilib, maarifləndirici videoçarxlar nümayiş etdirilib.
Həmçinin sakinlərin öz təsərrüfatlarında vaxtında monitorinqlər aparması və mexaniki mübarizə üsullarından istifadə etməsinin zərərvericinin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı diqqətə çatdırlıb.
Qeyd edək ki, Agentlik tərəfindən cari ildə respublika üzrə 31 rayonun 277 kəndində monitorinqlər aparılıb, həmin rayonlardan 12-də sirayətlənmə qeydə alınıb. Müşahidə olunan ərazilərdə 150 mindən çox zərərverici mexaniki üsulla məhv edilib.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır