Şəkidə qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə dair görüş keçirilib.
2025-12-16 15:37:35
Aqrar Xidmətlər Agentliyi qəhvəyi mərmər bağacığının qışlama dövründə kompleks mübarizə tədbirlərini intensiv şəkildə davam etdirir.
Bu çərçivədə Agentliyin mütəxəssisləri tərəfindən Şəki Dövlət Peşə Təhsil Mərkəzinin aqrar sahədə təhsil alan tələbələri ilə maarifləndirici görüş keçirilib.
Tədbir zamanı iştirakçılara zərərvericinin bioloji xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərərlər, eləcə də qışlama mərhələsində görülməli olan profilaktik tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hazırda zərərvericinin qışlama dövründə olması onunla mübarizə üçün ən əlverişli mərhələlərdən biridir.
Eyni zamanda tələbələrə maarifləndirici bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Aqrar Xidmətlər Agentliyi bölgələrdə bu kimi maarifləndirici tədbirləri davam etdirir, əhalini qışlama dövründə diqqətli olmağa və zərərverici müşahidə edildikdə müvafiq qurumlara operativ şəkildə məlumat verməyə çağırır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır