Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Türkiyədə səfərdədir
2025-12-19 16:19:00
Türkiyənin İstanbul şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya dövlətləri və Türkiyədə pestisidlərin dövriyyəsi və Dayanıqlı Üzvi Çirkləndirici (DÜÇ) pestisidlərin məhv edilməsi” layihəsi üzrə İdarəetmə Komitəsinin yekun iclası keçirilib. Tədbirdə region ölkələrinin, o cümlədən Azərbaycanın kənd təsərrüfatında ekoloji risklərin idarə olunması və zərərli maddələrin utilizasiyası sahəsindəki fəaliyyəti geniş təhlil edilib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov ölkəmizdə bu istiqamətdə həyata keçirilən institusional islahatları və əldə olunan mühüm nailiyyətləri diqqətə çatdırıb. O qeyd edib ki, Rotterdam Konvensiyasının ratifikasiya edilməsi və Stokholm Konvensiyası üzrə yenilənmiş Milli Fəaliyyət Planının hazırlanması Azərbaycanın beynəlxalq ekoloji standartlara inteqrasiyasını daha da sürətləndirib.
C. Məhərrəmov çıxışında yaxın gələcəkdə planlaşdırılan performans testlərinin (DÜÇ-lərin təhlükəsiz məhv edilməsi üzrə sınaq prosesi) kritik əhəmiyyətini xüsusi vurğulayıb: “Bu sınaqların uğurla nəticələnməsi Azərbaycan üçün strateji bir imkan yaradacaqdır. Belə ki, bu nəticələr bizə yaxın illərdə ölkə ərazisində mövcud olan bütün Dayanıqlı Üzvi Çirkləndiricilərin və digər təhlükəli tullantıların tamamilə və təhlükəsiz şəkildə məhv edilməsi üçün real şərait yaradacaq.”
İdarəetmə Komitəsinin iclasında Azərbaycanın pestisidlərin idarə olunması üzrə hüquqi bazasının təkmilləşdirilməsi və tənzimləyici mexanizmlərin gücləndirilməsi sahəsindəki təcrübəsi yüksək qiymətləndirilib. Bildirilib ki, atılan bu addımlar ölkənin həm ərzaq təhlükəsizliyinin təmin edilməsi, həm də ətraf mühitin toksiki çirklənmədən qorunması strategiyasının tərkib hissəsidir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır