Aqrar Xidmətlər Agentliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
2025-12-24 15:49:49
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Türkiyə Respublikasının Toxum Yetişdiriciləri Alt Birliyinin İdarə Heyətinin sədri Miktat Olgunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkəmizdə toxumçuluq sahəsinin mövcud vəziyyəti, son illər ərzində bu istiqamətdə həyata keçirilən institusional islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də keyfiyyətli toxum istehsalının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu istiqamətdə Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı mübadilənin həyata keçirilməsi fermerlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də müasir texnologiyaların tətbiqinin genişləndirilməsinə mühüm töhfə verə bilər. Bu baxımdan toxumçuluq sahəsində ixtisaslaşmış təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təlim proqramlarının həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
Türkiyə Respublikasının Toxum Yetişdiriciləri Alt Birliyinin İdarə Heyətinin sədri Miktat Olgun Azərbaycanla toxumçuluq sahəsində birgə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Miktat Olgun qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının və birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Bundan başqa, İqtisadi Əməkdaşlıq Təşkilatı Toxumçular Birliyinin (ECOSA) mövcud imkanlarından səmərəli istifadə edilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.
Görüş çərçivəsində toxumçuluq sahəsində gələcək əməkdaşlıq perspektivləri, keyfiyyətli toxum istehsalının artırılması, sertifikatlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi istiqamətlərində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır