Aqrar Xidmətlər Agentliyində gənc mütəxəssislərlə görüş keçirilib
2025-12-25 11:44:02
Görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq ixtisası üzrə məzunları ilə bir araya gəlib. Görüşün əsas məqsədi gənc mütəxəssislərin aqrar sahəyə cəlb edilməsi, onların bilik və bacarıqlarından kənd təsərrüfatının inkişafı istiqamətində səmərəli istifadə olunması, eləcə də bitki mühafizəsi sahəsində peşəkar kadr potensialının gücləndirilməsi olub.
Agentliyin sədri Sərdar Hacıyev çıxışı zamanı bitki mühafizəsinin kənd təsərrüfatında strateji əhəmiyyətə malik sahələrdən biri olduğunu vurğulayıb. O, sağlam və keyfiyyətli məhsul istehsalının təmin edilməsində bitki mühafizəsi tədbirlərinin mühüm rol oynadığını qeyd edərək, bu sahədə ixtisaslaşmış gənc kadrların hazırlanmasının və onların praktik fəaliyyətə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.
Müsahibə mərhələsindən uğurla keçmiş 8 nəfər gənc mütəxəssis Aqrar Xidmətlər Agentliyinin regional bölmələrində işlə təmin olunub. Bu addım regionlarda aqrar xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və şəffaflığın, vətəndaş məmnunluğunun və fermerlərə göstərilən dəstəyin gücləndirilməsinə xidmət edir.
Gənc kadrlar isə öz növbəsində aqrar sahəyə olan maraqlarını və bu sahədə fəaliyyət göstərmək istəklərini ifadə edərək, onlara göstərilən etimadı peşəkar bilikləri, məsuliyyətli yanaşmaları və fəal iştirakı ilə doğruldacaqlarını bildiriblər. Onlar kənd təsərrüfatının inkişafına töhfə verməyə, fermerlərlə sıx əməkdaşlıq qurmağa və bitki mühafizəsi sahəsində müasir yanaşmaların tətbiqində fəal rol almağa hazır olduqlarını vurğulayıblar.
Sonda Sərdar Hacıyev gənc mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, peşəkarlıq, məsuliyyətli yanaşma və fermerlərlə effektiv əməkdaşlıqla bağlı müvafiq məsləhət və tövsiyələrini verib. O, Agentliyin gənc kadrlara hər zaman dəstək göstərdiyini və onların bilik və təşəbbüslərinin aqrar sahənin davamlı inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır