Aqrar Xidmətlər Agentliyinin təsis olunmasının 7 ili tamam olur
2026-01-14 10:05:16
Azərbaycan aqrar sektorunun inkişafında yeni mərhələnin əsasını qoyan, fermer–dövlət münasibətlərində çevik və müasir idarəetmə modelini formalaşdıran Aqrar Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür. Bu illər ərzində Agentlik aqrar sahədə səmərəliliyin artırılması, dayanıqlı inkişafın təmin olunması və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi istiqamətində mühüm nailiyyətlərə imza atıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 14 yanvar tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 467 nömrəli Fərmanına əsasən, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.
Agentlik fəaliyyətə başladığı ilk gündən fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bilik və bacarıqların artırılması eyni zamanda aqrar sahədə müasir yanaşmaların tətbiqi istiqamətində sistemli fəaliyyət göstərir. Agentlik tərəfindən həyata keçirilən profilaktik tədbirlər, xəstəlik və zərərvericilərə qarşı mübarizə proqramları kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin olunmasına, məhsul itkilərinin azaldılmasına mühüm töhfə verib. Eyni zamanda, aqrar sahədə innovativ yanaşmaların təşviqi, rəqəmsallaşma və beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi Agentliyin inkişaf strategiyasının əsas istiqamətləri sırasında yer alır.
7 il ərzində Aqrar Xidmətlər Agentliyi bitkiçilik, heyvandarlıq, toxumçuluq, kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatı və texniki nəzarəti, eləcə də torpaq və məhsuldarlıq göstəricilərinin yaxşılaşdırılması sahələrində mühüm nəticələr əldə edib.
Aqrar xidmətlərin rəqəmsallaşması istiqamətində coğrafi informasiya sistemləri və peyk məlumatlarının idarəetməyə inteqrasiyası təmin olunub. Məsafədən zondlama məlumatları əsasında torpaq və otlaq resurslarının rəqəmsal xəritələşdirilməsi toxumçuluqda və digər sahələrdə əkin strukturu, məhsuldarlıq potensialı, risk zonalarının monitorinqini daha da asanlaşdırıb. Bu yanaşma fermerlərə sahələrini daha dəqiq planlaşdırmağa, riskləri əvvəlcədən görməyə və məhsuldarlığı artırmağa imkan verib. Eyni zamanda, laboratoriya infrastrukturunun yenilənməsi və müasir texnologiyalarla təchiz edilməsi aqrar məhsulların laborator analizlərinə nəzarətin gücləndirilməsinə imkan yaradıb.
Aqrar Xidmətlər Agentliyi fəaliyyətində şəffaflıq, operativlik və əlçatanlıq prinsiplərini əsas götürərək dövlət–fermer əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir. Regionlarda xidmətlərin daha effektiv təşkili və fermer məmnunluğunun artırılması Agentliyin əsas hədəfləri sırasındadır.
Yeddi illik fəaliyyət dövründə əldə olunan nəticələr aqrar sahənin davamlı inkişafına, kənd yerlərində sosial-iqtisadi rifahın yüksəldilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verib. Aqrar Xidmətlər Agentliyi bu 7 ildə yalnız bir qurum kimi deyil, fermerin etibarlı tərəfdaşı kimi formalaşıb. Qarşıdakı dövrdə də müasir texnologiyalara əsaslanan yanaşmalarla aqrar sektorun inkişafına töhfə vermək əsas prioritet olaraq qalacaq.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır