Ağdamda mexaniki nəqliyyat vasitələri və onların qoşqularına texniki baxış həyata keçirilib
2026-01-14 15:32:44
Ağdamda Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin istifadəsində olan mexaniki nəqliyyat vasitələri və onların qoşqularına texniki baxış keçirilib.
Texniki baxış zamanı texnikaların texniki vəziyyəti, istismar və təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb. Bununla yanaşı, texnika sürücüləri və mexanizatorlar üçün təhlükəsizlik tədbirlərinə dair aşkarlanmış nasazlıqlar barədə müvafiq bildirişlər təqdim olunub, yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirici söhbətlər aparılıb. Söhbətlər zamanı texniki nasazlıqların vaxtında aradan qaldırılmasının mümkün qəza risklərinin qarşısının alınmasında mühüm rol oynadığı xüsusi vurğulanıb.
Qeyd edək ki, texniki baxış dövlət texniki nəzarəti sahəsində Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Texniki baxışın mütəmadi şəkildə həyata keçirilməsi nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına, yol hərəkəti təhlükəsizliyinin artırılmasına və texnikaların istismar müddətinin uzadılmasına xidmət edir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istismarda olan mexaniki nəqliyyat vasitələri ildə ən azı bir dəfə məcburi texniki baxışdan keçirilməlidir. Texniki baxışın vaxtında keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 340-cı maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır və nəqliyyat vasitəsi sahibləri barəsində cərimə tədbirləri tətbiq olunur.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır