Aqrar Xidmətlər Agentliyində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə yeni əməkdaşlarla görüş təşkil edilib
2026-01-29 14:55:05
Aqrar Xidmətlər Agentliyində işə qəbul olunan yeni kadrlarla görüş baş tutub. Agentliyin sədri Sərdar Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları və digər namizədlərlə bir araya gələrək aqrar sahədə insan resurslarının gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə kənd təsərrüfatının inkişafında peşəkar mütəxəssislərin roluna diqqət çəkilib. Xüsusilə bitki mühafizəsi sahəsində həyata keçirilən tədbirlərin məhsuldarlığın artırılmasında və sağlam məhsul istehsalının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbir zamanı çıxış edən Sərdar Hacıyev bildirib ki, aqrar sektorun dayanıqlı inkişafı müasir bilik və bacarıqlara malik, peşəkar və məsuliyyətli kadrların formalaşdırılmasından birbaşa asılıdır. O qeyd edib ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, operativliyin təmin olunması, eləcə də bölgələrdə maarifləndirmə işlərinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.
Yeni kadrlar isə onlara göstərilən etimada görə təşəkkür edərək, üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəklərini, fermerlərlə sıx əməkdaşlıq quracaqlarını və aqrar sahənin inkişafı naminə səylə çalışacaqlarını bildiriblər.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır