Qubada “Torpaqda aqrokimyəvi analizlərin aparılması və onun əhəmiyyəti” mövzusunda təlim keçirilib
2026-01-30 15:06:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Quba rayonunda fermerlər üçün “Torpaqda aqrokimyəvi analizlərin aparılması və onun əhəmiyyəti” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlim Quba Regional Təlim Mərkəzinin əməkdaşı Pərvin Süleymanov tərəfindən aparılıb.
Təlimin əsas məqsədi fermerlərə torpağın aqrokimyəvi analizinin mahiyyəti, aparılma qaydaları və analiz nəticələrinə əsaslanaraq düzgün qərarların verilməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermək olub.
Təlim çərçivəsində aqrokimyəvi analizin əhəmiyyəti, torpaqda aqrokimyəvi analizlərin nə üçün aparıldığı, torpaq nümunələrinin düzgün götürülmə qaydaları, eləcə də analiz nəticələrinə uyğun gübrələmə və becərmə qərarlarının verilməsi mövzularında təqdimatlar edilib.
Sonda fermerlərə maarifləndirici materiallar paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda mütəmadi olaraq təşkil olunan bu cür təlimlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də torpaqdan daha səmərəli və məqsədyönlü istifadənin təşviqinə xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır