Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb
2026-02-04 14:06:21
Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən cari ilin "Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq Respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.
Peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.
Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Həmçinin xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına risklər yarada bilər.
Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə ödənişsiz həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Respublika ərazisində epizootik vəziyyət sabitdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır