Aqrar Təlim Mərkəzi tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici görüşlər davam etdirilir
2026-02-09 14:59:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə və bu sahədə maarifləndirmə səviyyəsinin artırılması məqsədilə silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti görüş Bakı şəhərində yerləşən 57 nömrəli tam orta məktəbdə keçirilib. Ümumilikdə ölkənin 11 rayonu üzrə 27 ümumtəhsil müəssisəsində keçirilən tədbirlərdə 2000-ə yaxın şagird və müəllim iştirak edib.
Görüş zamanı məktəblilərə qəhvəyi mərmər bağacığının kənd təsərrüfatına vurduğu ciddi zərərlər, onun yayılma xüsusiyyətləri və bu təhlükəli zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, qəhvəyi mərmər bağacığı ilə mübarizə yalnız aidiyyəti dövlət qurumlarının deyil, eyni zamanda hər bir vətəndaşın birgə məsuliyyətini tələb edir. Şagirdlərə zərərvericinin aşkar edildiyi hallarda hansı addımların atılmalı olduğu, müvafiq qurumlara necə məlumat verilməsinin vacibliyi izah olunub.
Maarifləndirici görüş çərçivəsində iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb, onların sualları cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici tədbirlər şagirdlərdə ekoloji düşüncənin formalaşmasına, zərərvericilərlə mübarizədə fəal mövqe tutmalarına və cəmiyyət üçün faydalı vərdişlər qazanmalarına xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır