Qax rayonunda fermerlərə məxsus kənd təsərrüfatı texnikaları növbəti texniki baxışa cəlb olunub.
2026-02-10 11:06:02
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları tərəfindən Qax rayonunda TAM AGRO MMC-nin balansında olan kənd təsərrüfatı texnikaları və avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması məqsədilə texniki baxış və maarifləndirmə tədbirləri təşkil edilib.
Tədbirin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı texnikalarının təhlükəsiz və düzgün istismarının təmin edilməsi, texniki sazlıq vəziyyətinin qiymətləndirilməsi, həmçinin mexanizatorların texniki təhlükəsizlik qaydaları və istismar tələbləri barədə biliklərinin artırılması olub. Baxış zamanı texniki tələblərə cavab verməyən 1 texnika üzrə inzibati protokol tərtib edilib, digər 8 texnika isə yerində texniki baxışdan keçirilib.
Tədbir çərçivəsində mexanizatorlarla mövcud qanunvericilik tələbləri, aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları və profilaktik tədbirlər barədə ətraflı maarifləndirici söhbətlər aparılıb, texniki təhlükəsizlik və utilizasiya qaydaları izah edilib.
Qeyd edək ki, texniki baxış dövlət texniki nəzarəti sahəsində Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri olmaqla, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsinə, yol hərəkəti təhlükəsizliyinin artırılmasına və kənd təsərrüfatı texnikalarının istismar müddətinin uzadılmasına mühüm töhfə verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istismarda olan mexaniki nəqliyyat vasitələri ildə azı bir dəfə məcburi texniki baxışdan keçirilməlidir. Texniki baxışın vaxtında keçirilməməsi isə İnzibati Xətalar Məcəlləsinin 340-cı maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır